FIFA zədələnən futbolçu üçün "Real Madrid"ə ödəniş edəcək

23-11-2021, 10:15           
FIFA zədələnən futbolçu üçün "Real Madrid"ə ödəniş edəcək
İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi səbəb olub.

Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.

FIFA 32 yaşlı hücumçu 28 gündən çox "kral klubu"nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəyəcək.

Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. O, ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Forvard cari mövsüm La Lİqada 3 oyunda iştirak edib və 1 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.