UEFA Konfrans Liqası: Dörd komanda 1/8 finala vəsiqəni təmin edib

26-11-2021, 08:05           
UEFA Konfrans Liqası: Dörd komanda 1/8 finala vəsiqəni təmin edib
UEFA Konfrans Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” – “Omoniya” matçı ilə yanaşı daha 7 oyun keçirilib.

Belçikanın “Gent” klubunun ardından daha 3 komandanın 1/8 finala çıxması dəqiqləşib.

Beləliklə də, F qrupunda Danimarka “Kopenhagen”i, E qrupunda Niderland “Feyenoord”u və G qrupunda isə Fransa “Renn”i sona 1 tur qalmış qalmış növbəti mərhələyə vəsiqəni təmin edib.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

E qrupu

“Slaviya” (Praqa, Çexiya) - “Feyenoord” (Niderland) - 2:2

“Makkabi” (Hayfa, İsrail) - “Union Berlin” (Almaniya) - 0:1

F qrupu

“Linkoln” (Cəbəllütariq) - “Kopenhagen” (Danimarka) - 0:4

“Slovan” (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan) - 0:0

G qrupu

“Mura” (Sloveniya) - “Tottenhem” (İngiltərə) - 2:1

“Renn” (Fransa) - "Vitess" (Niderland) - 3:3

H qrupu

“Kayrat” (Qazaxıstan) - “Bazel” (İsveçrə) - 2:3

“Qarabağ” (Azərbaycan) - “Omoniya” (Kipr) - 2:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru