Avroliqa: “Fənər” qrupda qaldı, “Leqiya” uduzdu

26-11-2021, 08:23           
Avroliqa: “Fənər” qrupda qaldı, “Leqiya” uduzdu
UEFA Avropa Liqasının qrup mərhələsində V turun qalan oyunları başa çatıb.

C qrupunda millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu “Lester”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1-lik üstünlüyü ilə başa çatıb.

Xatırladaq ki, komandalar arasında Polşada keçirilən ilk görüşdə “Legiya” minimal hesabla qələbə qazanmışdı. Komandanın qolunu məhz yığmamızın üzvü vurmuşdu.

D qrupunda isə “Fənərbağça” səfərdə “Olimpiakos”la qarşılaşıb. Türkiyə klubu son dəqiqlərdə buraxdığı yeganə qolla qrupdan çıxma şanslarını da itirib - 1:0.

A qrupu

“Bröndbü” (Danimarka) – “Lion” (Fransa) 1:3

“Reyncers” (Şotlandiya) – “Sparta” (Praqa, Çexiya) 2:0

B qrupu

“Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:1

PSV (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya) 2:0

C qrupu

“Lester” (İngiltərə) – “Legiya” (Polşa) 3:1

D qrupu

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Antverpen” (Belçika) 2:2

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) 1:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru