Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video

28-11-2021, 08:17           
Ronaldunun hönkürtü ilə ağladığı yeni görüntülər ortaya çıxıb - Video
Ötən mövsüm UEFA Çempionlar Liqasında 1/8 finalında “Yuventus”un heyətində “Portu”ya qarşı oyunda uduzaraq turnirdə iştirakanı dayandıran Kriştianu Ronaldunun matçdan sonra soyunub-geyinmə otağında qeydə alınmış görüntüləri yayımlanıb.

Videoda məyus vəziyyətdə olan portuqaliyalı ulduz futbolçunun öz göz yaşlarına hakim ola bilmədiyi aydın əks olunub.

Qeyd edək ki, oyunda “Yuventus” 3:2 hesablı qələbə qazansa da, səfər qolunun üstünlüyü ilə “Portu” adını növbəti mərhələyə yazdırmışdı.

Məlumat üçün əlavə edək ki, həmin qarşılaşmanın fasiləsində və oyundan sonra Kriştianu Ronaldunun paltardəyişmə otağında dediyi sözlər və etdiyi hərəkətlər artıq İtaliyada qalmayacağına işarə idi.

“Biz çox çalışmalıyıq. Belə olmaz. Oynadığımız oyun heç nədir, zibildir. Həqiqəti demək lazımdır. Bu Çempionlar Liqası turniridir və biz güclü şəxsiyyətə sahib olmalıyıq. Mən də daxil olmaqla biz belə oynamamalıyıq” - söyləyən Kriştianu Ronaldunu “sakitləş, rahat ol, sən öz hərəkətlərinlə hər kəsə nümunə olmalısan” - söyləyən Xuan Kuadrado sakitləşdirməyə çalışıb.

Sonda baş məşqçi Andrea Pirlo da ulduz futbolçuya “yetər , bəsdir Kris!” deyərək məsələyə son qoymağı tələb edib.

pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.