Azərbaycan yığmasının idmançısı ölümdən döndü - ŞOK TƏFƏRRÜAT

6-05-2016, 12:29           

Mayın 1-də Bakı şəhərinin Hövsan qəsəbəsi yaxınlığında dənizdə baş vermiş faciəvi hadisə ilə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az-ın məlumatına görə, bir nəfərin dənizdə boğularaq öldüyü hadisə zamanı xilas olan digər şəxs 32 yaşlı Çervyakov Aleksey Aleksandr oğludur.

Aleksey Çervyakov peşəkar idmançıdır və Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının üzvüdür. Onun atası Aleksandr Çervyakov isə qadın voleybolçulardan ibarət ölkə yığmasının sabiq baş məşqçisidir. O, hazırda "Azəryol" voleybol klubunun idman direktorudur.

Hadisənin necə baş verməsinə gəlincə, A.Çervyakov həmin gün tanışı Namiq Nəzərovla birgə dənizə balıq ovuna çıxıb. Sahildən bir qədər aralıda qayıqda problem yaranıb və balıqçılar həyatlarına təhlükə yaranacağını görüblər. Bundan sonra onlar dənizə atılaraq üzə-üzə sahilə çıxmaq qərarına gəliblər. Lakin N.Nəzərov boğularaq ölüb, Aleksey isə çətinliklə sahilə çıxa bilib. O, sahilə çıxarkən şok vəziyyətində olub və dərhal xəstəxanaya yerləşdirilib.

*****

2 may

Bakıda Xəzər dənizində balıq tutumaqla məşğul olan şəxsin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi sahilində baş verib. 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlu və tanışı qayıqla balıq ovuna çıxıb. Sahildən bir qədər uzaqlaşdıqdan sonra güclü külək onların qayığı üçün təhlükə yaradıb. Qayığı sahilə doğru istiqamətləndirə bilməyən balıqçılar özlərini suya atıblar və üzərək xilas olmağa çalışıblar. Lakin 32 yaşlı N.Nəzərov dalğalar arasında boğularaq ölüb. Digər şəxs isə çətinliklə sahilə çıxıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dənizdə boğularaq ölən N.Nəzərov subay olub. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.