Rəsul Çunayev finalda Qırğızıstan idmançısı ilə görüşəcək Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. “Report”un məlumatına görə, yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edən Rəsul Çunayev turnirin finalına yüksəlib və nəticədə “Rio-2016″ya vəsiqə qazanıb. R.Çunayev ardıcıl olaraq Domonik Etlinger (4:0), Pavel Liax (9:7), David Kareçinski (6:1) və Artak Marqaryanı (8:0) məğlub edib. Azərbaycanlı pəhləvanın qızıl medal uğrundakı rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq. Yarışın reqlamentinə əsasən finala yüksələn hər bir güləşçi olimpiadaya lisenziya əldə edir. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.