Ronaldo ehtiyat oyunçularla məşqdən imtina etdi

8-12-2022, 07:46           
Ronaldo ehtiyat oyunçularla məşqdən imtina etdi
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə oyundan (6:1) sonra ehtiyat oyunçularla məşq etməkdən imtina edib.

TEREF.AZ yazır ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilib ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş ehtiyat oyunçular üçün məşq təşkil edib. Görüşdə iştirak edən futbolçular isə zalda məşq ediblər. Ronaldo ehtiyat oyunçular arasında olmayıb, əsas oyunçularla qalıb. Futbolçunun heç bir diskomfort yaşamadığı və mükəmməl fiziki vəziyyətdə olduğu qeyd edilir.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru