“Mbappenin qarşısına qırmızı xalça sərməyəcəyəm”

8-12-2022, 00:13           
“Mbappenin qarşısına qırmızı xalça sərməyəcəyəm”
İngiltərə millisinin müdafiəçisi Kayl Uoker DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyun öncəsi rəqib komandanın hücumçusu Kilian Mbappe haqda danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o deyib: “Mbappe fantastik oyunçudur, əla formadadır. Bu gün o, dünyanın ən yaxşısı olmasa da, ən yaxşı oyunçularından biridir. Mən başa düşürəm ki, onu dayandırmalıyam. Bunu demək, etməkdən daha asandır. Amma özümü qiymətləndirmək istəmirəm. Onun qarşısına qırmızı xalça sərməyəcəyəm”.

Qeyd edək ki, dekabrın 10-u keçiriləcək İngiltərə – Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru