Ronaldu bunu bacaran ilk futbolçu kimi tarixə düşdü

9-12-2022, 08:02           
Ronaldu bunu bacaran ilk futbolçu kimi tarixə düşdü
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 400-cü beynəlxalq matçını keçirib.

Fanat.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub. Onlardan 5-i hazırda karyerasını davam etdirir.

1. Kriştianu Ronaldu (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
4. Lionel Messi (Argentina) – 339 (170, 169)
5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
6. Xavi (İspaniya) – 328 (195, 133)
7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru