Ronaldo və sevgilisini belə qarşıladılar - FOTO

4-01-2023, 00:04           
Ronaldo və sevgilisini belə qarşıladılar - FOTO
Bir neçə gün öncə Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubu ilə müqavilə imzalamış Kriştianu Ronaldu Ər-Riyada gəlib.

Publika.az xəbər verir ki, burada onu komandanın azyaşlı azarkeşləri qarşılayıblar.

Müvafiq görüntüləri ulduz futbolçu özünün sosial şəbəkə səhifəsində yayıb.

“Səmimi qəbula görə Ər-Riyada təşəkkür edirəm! Bu axşam sizi stadionda gözləyirəm”, - portuqaliyalı forvard yazıb.

Hücumçu artıq “Əl Nəsr”də tibbi müayinədən də uğurla keçib. 37 yaşlı futbolçu tibbi müayinədən fotosunu yayımlayıb.

Qeyd edək ki, Ronaldunun “Mrsul-Park” stadionundakı təntənəli təqdimat mərasimi artıq başlayıb.Tədbirdə təxminən 30 min tamaşaçının iştirakı gözlənilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru