"Barselona" Neymarı həyat tərzinə görə transfer etmək istəmir

10-06-2023, 13:54           
"Barselona" Neymarı həyat tərzinə görə transfer etmək istəmir
İspaniya "Barseona"sı Fransanın PSJ klubunda çıxış edən sabiq futbolçusu Neymarı transfer etməyəcək.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı hücumçunun tez-tez zədələnməsi və həyat tərzinə görə onu qaytarmaq niyyətində deyil.

Daha əvvəl 31 yaşlı forvardın yaxın günlərdə Paris klubunu tərk edəcəyi bildirilib. Həmçinin onun xidmətində La Liqanın son çempionunun maraqlı olduğu vurğulanıb.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru