“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi

4-03-2024, 07:41           
“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi
Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

Adalet.az xəbər verir ki, turun mərkəzi görüşü İstanbulda baş tutub. "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 2-ci dəqiqədə avtoqol müəllifi olan Əl-Musrati vurub.

Günün digər oyunlarında "Başakşəhər" "Samsunspor"u 1:0, "Konyaspor" isə "Pendikspor"u 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 73 xalla 2-ci, 46 xala malik Trabzonspor" və "Beşiktaş" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru