Rublev Dubaydakı turnirdə diskvalifikasiya olunduqdan sonra açıqlama verib

5-03-2024, 09:04           
Rublev Dubaydakı turnirdə diskvalifikasiya olunduqdan sonra açıqlama verib
Rusiyalı tennisçi, dünyanın beşinci nömrəsi Andrey Rublev Dubayda keçirilən ATP 500 turnirinin yarımfinalında diskvalifikasiya ilə bağlı apelyasiya şikayətini təmin etdiyinə görə Peşəkar Tennis Assosiasiyasına (ATP) təşəkkür edib.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

Apellyasiya komitəsinə müraciətimə baxdığına və Dubaydakı turnirin yarımfinalından diskvalifikasiya olunmağım, eləcə də son bir həftə ərzində reytinq xallarının və pul mükafatlarının itirilməsi ilə bağlı ATP-nin ilkin qərarını dəyişdirdiyinə görə təşəkkürümü bildirirəm”.- deyə idmançı yazıb.

Rublev ATP-ni qaydaları dəyişməyə çağırıb ki, hakim aydın dəlil olmadan və oyunçuya videotəkrar izləməyə icazə vermədən matçın nəticəsinə təsir göstərməsin. O, bundan ibrət götürüb gələcəkdə daha yaxşı oyunçu və insan olacağına söz verib.

Martın 1-də 26 yaşlı rusiyalı yarımfinalda Qazaxıstan təmsilçisi Aleksandr Bubliyə 7:6 (7:4), 6:7 (5:7), 6:5 hesabı ilə qalib gələrək diskvalifikasiya olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru