Qərar verildi: AFFA-nın yeni prezidenti o olacaq

5-03-2024, 10:22           
Qərar verildi: AFFA-nın yeni prezidenti o olacaq
Məlum olduğu kimi, aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Rövnəq Abdullayevin yeni dönəm üçün namizədliyini irəli sürməyəcəyini deməsindən sonra quruma yeni rəhbər təyin ediləcəyi məlum olub.

Publika.az AFFA-nın yeni prezidentinin kim olacağı barədə informasiya əldə edib. Ötən günlərdə yuxarı dairələrdə bununla bağlı iclas keçirilib. Mümkün namizədlər və versiyalar barədə fikir mübadiləsi aparılıb. Sonda qərara gəlinib ki, AFFA SOCAR-ın prezidenti Rövşən Nəcəfə tapşırılsın.

Toplantıda federasiyanın qarşıdakı illərdəki strategiyası da müzakirə olunub. Əvvəlki illərdə yaşanan uğursuzluğun təkrarlanmaması üçün quruma təcrübəli, nüfuzlu futbol adamlarının cəlb olunması və onların planlarına uyğun iş görülməsi qərara alınıb. Buna görə də İcraiyyə Komitəsində ciddi dəyişikliklər ediləcək. Üzvlərin 90 faizi dəyişdiriləcək.

Qeyd edək ki, Rövşən Nəcəf hazırda "Neftçi"nin Müşahidə Şurasının da sədridir. Bu o deməkdir ki, "ağ-qaralar"da da rəhbər dəyişikliyi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru