Xorvat futbolçu üçün çempionat erkən bitdi

19-06-2024, 08:26           
Xorvat futbolçu üçün çempionat erkən bitdi
Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç Avropa çempionatının qalan hissəsini buraxacaq.

Məlumata görə, futbolçu zədələnib və millinin düşərgəsini tərk edərək ölkəsinə yollanacaq.

Xorvatiya yığması İspaniya, İtaliya və Albaniya komandaları ilə eyni qrupda mübarizə aparır. İlk turda komanda AVRO-2024-ün qrup mərhələsinin I turu çərçivəsində İspaniyaya 3:0 hesabı ilə uduzub. Vlaşiç bu oyunda meydana çıxmayıb.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatı iyulun 14-də başa çatacaq.

Mənbə: Sporx.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru