AVRO-2024: Belçika millisi ilk qələbəsini qazandı

23-06-2024, 10:32           
AVRO-2024: Belçika millisi ilk qələbəsini qazandı
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.

Oxu.Az-ın məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşllaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.

Ötən gün baş tutmuş görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin üç xalı var.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru