Bakıda Avropa kubokları tarixinin ən sürətli qolu vuruldu VİDEO

15-09-2016, 22:18           

Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib.

Bu, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da "Qarabağ”la Çexiya "Slovan”ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.

9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.

Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya” və "Vilyarreal” klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.

Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid”i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib. /report
[media=https://www.youtube.com/watch?v=tRXx_X_VdPw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru