Terimin qızından Ardaya Şəms Təbrizi - İsmarışı

19-09-2016, 22:28           
Terimin qızından Ardaya Şəms Təbrizi - İsmarışı
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızı Mərvə Çətin ulduz futbolçu Arda Turana ismarış yollayıb.

Axar.az xəbər verir ki, Mərvə sosial şəbəkədə Arda Turanın Fatih Terimlə bağlı açıqlamalarını cavablandırıb. O, məşhur sufi alim Şəms Təbrizinin (1185-1248) “Ədəb ağlın tərcüməçisidir. İnsan ədəbi qədər ağıllı, ağlı qədər şərəfli, şərəfi qədər qiymətlidir” kəlamını paylaşıb.

Türk mediası bu aforizmin Arda Turana ünvanlandığını yazıb.

Qeyd edək ki, baş məşqçi Fatih Terimin Arda Turanı yığmaya dəvət etməməsindən sonra onların arasında münasibətlər gərginləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru