Türkiyə derbisinin hakimləri bəlli oldu

21-02-2025, 10:14           
Türkiyə derbisinin hakimləri bəlli oldu
Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimin adı açıqlanıb.

Türkiyə Futbol Federasiyası (TFF) İstanbul derbisini sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırıb.

Ona Tomaj Klançnik və Andraj Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 24-də "RAMS Park"da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru