Rusiya bayrağı ilə güləşən idmançı cəzalanacaq

22-02-2025, 11:18           
Rusiya bayrağı ilə güləşən idmançı cəzalanacaq
U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Məhəmməd Qantemirov cəzalanacaq.

İnquş əsilli pəhləvan ilk "3-lüy"ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq. Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.

Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Xatırladaq ki, M.Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru