Lautaro Martines "İnter"də rekorda imza atdı

9-04-2025, 11:25           
Lautaro Martines "İnter"də rekorda imza atdı
"İnter"in hücumçusu Lautaro Martines Çempionlar Liqasında 19-cu dəfə fərqlənməklə rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, argentinalı futbolçu 1/4 finalda "Bavariya" ilə görüşün 38-ci dəqiqəsində hesabı açıb.

Martines bu qolla "İnter"in turnirdəki bombardiri adına sahib olub. Lautaro hesabında 18 top olan braziliyalı forvard Adrianonu arxada qoyub.

Qeyd edək ki, Münhendə keçirilən qarşılaşma Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra İtaliyada olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru