"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub

28-04-2025, 15:24           
"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub
İngiltərə Premyer Liqasının XXXIV turunda "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

"Report" xəbər verir ki, "Enfild"də “Tottenhem”lə qarşılaşan mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru