Nazir müavinindən Vitali Rəhimovla bağlı qalmaqala REAKSİYA

25-11-2016, 16:10           
Nazir müavinindən Vitali Rəhimovla bağlı qalmaqala REAKSİYA
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən yunan-Roma güləşçisi Vitali Rəhimovla bağlı yaranmış qalmaqala aydınlıq gətirib.

Nazir müavini Modern.az-a açıqlamasında deyib ki, Vitali Rəhimov heç bir formada medalı geri qaytarmaqdan imtina edə bilməz:

“Bu mümkün deyil. Çünki qərar qəbul edilirsə , hansı yolla olursa-olsun medal geri qaytarılır. Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur. Vitali Rəhimov bu gün idmançı kimi məşq etmir. O yalnız məşqçi işləyə bilər”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi V. Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.
V.Rəhimov isə qazandığı Olimpiya medalını geri vermək niyyətində olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru