"Mən istefa verməmişəm, yalnız öz taleyimi FİFA-nın növbədənkənar Konqresinə etibar eləmişəm".
Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın prezidenti Yozef Blatter bəyan edib.
Qeyd edək ki, mayın 29-da FİFA Konqresində o, təzədən təşkilatın prezidenti postuna seçilib, lakin 4 gün sonra postundan istefa verib.
Təşkilatın İcraiyyə Komitəsinin növbədənkənar iclası iyulun 20-də, Sürixdə keçiriləcək.
Xatırladaq ki, mayın 27-də İsveçrə polisi Sürixdə ABŞ məhkəməsinin müraciəti əsasında korrupsiya ittihamı ilə FİFA-nın 7 məmurunu saxlayıb. Ümumilkdə 14 keçmiş və indiki futbol fuksionerinə ittiham irəli sürülüb. Amerika Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində onlar 150 milyon dollar rüşvət alıblar.