Medallarımız 50-ni keçdi — Reytinq cədvəli

27-06-2015, 01:36           

“Bakı 2015” ilk Avropa Oyunlarında on altıncı yarış günü medallar sahiblərini tapıb.

İyunun 26-ı Azərbaycanın qazandığı medalların sayı 52-yə çatıb.

Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 69 qızıl, 34 gümüş, 36 bürünc (139).

Azərbaycan yerini yenə də dəyişməyib. Ölkəmiz ikinciliyi əldən verməyib (18 qızıl, 14 gümüş, 20 bürünc). Millimizin üzvləri bu gün 3 qızıl, 1 gümüş və 2 bürünc əldə ediblər.

Üçüncülüyü dünən ələ keçirən Böyük Britaniya yerini heç bir ölkəyə verməyib (16 qızıl, 8 gümüş, 16 bürünc).

Türkiyə isə onluğa düşə bilməyib. Qardaş ölkə 27 medalla 14-cü yerdədir (5 qızıl, 4 gümüş, 18 bürünc).

Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik: (Qafqazinfo)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.