"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşı futbolçusu müəyyənləşib
16-08-2017, 00:18
"Qarabağ"la Danimarka "Kopenhagen"i arasında keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçının ən yaxşı futbolçusu müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, meydan sahiblərinin hücumçusu Mahir Mədətovdur. Mədətov 25-ci dəqiqədə vurulmuş yeganə qolun müəllifi olub. Görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.