"Uotford"un kapitanı "Çelsi"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd edib

6-02-2018, 09:58           
"Uotford"un kapitanı "Çelsi"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd edib
"Uotford" klubunun hücumçusu Troy Dani İngiltərə çempionatının 26-cı turunda "Çelsi"nin qapısına vurduğu qolu qeyri-etik formada qeyd edib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, komandanın kapitanı 42-ci dəqiqədə 11 metrlikdən vurduğu qoldan sonra orta barmağını nümayiş etdirib.

Nəşr yazır ki, İngiltərə Futbol Assosiasiyası bu qeyri-etik jestlə bağlı araşdırma apara bilər.

Matça gəldikdə isə, "Uotford" "Çelsi"ni 4:1 hesabı ilə darmadağın edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru