Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib

6-02-2018, 13:50           
Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib
Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib.

“Report” shropshirestar.com saytına istinadən xəbər verir ki, hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən “Uiçerç Alport”un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.

İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: “Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.

Qeyd edək ki, “Uiçerç Alport” klubu Ovik Nersisyana kömək etmək məqsədi ilə vəkil tutub. Həmçinin, onun İngiltərədə qalması üçün petisiya elan olunub. Artıq min nəfərin imzaladığı sənəd həftəsonu İngiltərənin Daxili İşlər Nazirliyinə göndəriləcək. Məhkəmə yekun qərarını fevralın 19-da açıqlayacaq. Nersisyan daha əvvəl vətənində “Pünik”in formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru