Rikardinyo futzal üzrə Avropa çempionatları tarixində ən yaxşı bombardir olub

7-02-2018, 09:18           
Rikardinyo futzal üzrə Avropa çempionatları tarixində ən yaxşı bombardir olub
Portuqaliya yığması futzal üzrə Avro-2018-in ¼ final oyununda Azərbaycanı 8:1 hesabı ilə darmadağın edib və əfsanəvi Rikardinyu matçda 4 qol vuraraq poker edib.

“Report” xəbər verir ki, o, bu poker sayəsində futbol üzrə Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və bununla da turnir tarixində ən yaxşı bombardir olub.

Bunadək futzal üzrə Avropa çempionatlarının final mərhələsi üzrə ən yaxşı bombardir hesabında 20 qol olan rusiyalı Konstantin Yeremenko idi. Bu, 17 il ərzində rekord hesab edilib.

Rikardinyunun Rusiyaya qarşı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.