Rusiyada bu şəxslər böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK - QANUN

7-02-2018, 10:48           

Rusiya prezidenti Vladimir Putin 2018 Dünya Çempionatında qara bazarda və saxta və qanundankənar bilet satışı ilə məşğul olanların cəzalandırılması haqqında qanun imzalayıb.

Publika.az xəbər verir ki, qanuna görə, DÇ-ni canlı izləmək istəyən insanlara saxta bilet satan şəxslər biletin 20-25 qatı dəyərində pul cəzası ödəyəcək. Bu isə ən az 50 000 rubl (1475 manat) civarında bir məbləğ deməkdir.

Saxta bilet işi ilə məşğul olan fiziki şəxslər biletin 25-30 qatı dəyərində, təxminən 150 000 rubl (4425 manat), hüquqi şəxslər isə 500 000 rubldan (14750 manat) 1 milyon rubla qədər (29 500 manat) cərimə ödəmək məcburiyyətində qalacaq.

Dünya Çempionatı ərzində təkcə bilet satışı ilə məşğul olanlar deyil, vətəndaşlar da cəzalanacaq. Belə ki, sadə vətəndaşlar 50-70 000 rubl (1475-2000 manat) , səlahiyyətli şəxslər 150-200 000 rubl (4400-5900 manat), hüquqi şəxslər isə 1 milyon-1,5 milyon rubl (29 500-43 000 manat) məbləğində cərimə ödəyəcək.

Rusiya prezidenti bu qanun layihəsini imzalamaqla DÇ-dəki bilet satışlarında qanunsuzluqların qarşısının alınması və aradan qaldırılmasını təmin etmək niyyətində olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru