Azərbaycanın tanınmış mütəxəssisi infarkt keçirdi

7-02-2018, 23:06           
Azərbaycanın tanınmış mütəxəssisi infarkt keçirdi
"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 60 yaşlı mütəxəssis infarkt keçirib. Hacıyev az əvvəl əməliyyat olunmaq üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Sadıqov bildirib ki, tanınmış mütəxəssis bir həftə öncə insult keçirib. Nəticədə o, "Modern" xəstəxanasına müalicəyə alınıb. Lakin Hacıyevin 6 il əvvəl Rusiyanın paytaxtı Moskvada keçirdiyi ağır əməliyyatın da təsiri ilə sabiq baş məşqçinin bu gün ürəyində problem yaranıb. Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmasına qərar verilib.

Sadıqov Hacıyevin səhhətinin ilk gündən AFFA rəhbərliyinin diqqətində olduğunu və bütün lazımi köməkliklərin edildiyini də vurğulayıb.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.