İngiltərənin “Mançestr Yunayted” futbol klubunun üzvü Aleksis Sançes 16 ay müddətinə şərti həbsə məhkum edilib.
Buna səbəb onun İspaniyada oynadığı dövrdə vergidən yayınmasıdır.
Sançes 16 aylıq şərti həbs olunmaqla yanaşı, 1 milyon avro məbləğində cərimələnib. Futbolçu iki il ərzində cinayət törətməzsə, həbs olunmayacaq.(azvision.az)