Böyükağa Hacıyev ikinci dəfə əməliyyat olunacaq

8-02-2018, 08:59           

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.



Apasport.az saytına bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulub.



Həkimlərin rəyinə əsasən bir neçə saat sonra növbəti - açıq ürək əməliyyatı olacaq.



Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru