Pxençxandakı Olimpiya oyunlarında ilk dopinq qalmaqalı baş verib

13-02-2018, 08:43           
Pxençxandakı Olimpiya oyunlarında ilk dopinq qalmaqalı baş verib
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, buz üstə sürətli konki sürmə yarışının iştirakçısı, yapon idmançısı Key Sayto dopinq testindən keçib.

21 yaşlı yapon idmançısında qadağan edilmiş dərman preparatı aşkar olunub. Preparatın adı açqılanmır.

Yaponiyanın Milli Olimpiya Komitəsinin rəhbərliyi Saytonun dopinq testi ilə bağlı bu gün – fevralın 13-də mətbuat konfransı keçirəcək. Sayto Yaponiya komandasının heyətində ehtiyat oyunçu idi. O, qış Olimpiya oyunlarında dopinq testindən keçən ilk yapon idmançısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru