İquain Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb

14-02-2018, 08:52           
İquain Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb
Çempionlar Liqasının 1/8 finalında "Tottenhem Hotspur" ilə oyunda iki qol vuran "Juventus"un hücumçusu Gonzalo İquain rekord müəyyən edib.

“Report” "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı argentinalı futbolçu Çempionlar Liqası tarixində ən erkən dubla imza atıb.

İngilis komandasının qapısına iki qol vurmaq üçün ona start fitindən sonra 8 dəqiqə 7 saniyə lazım gəlib.

Əvvəlki rekord 2006-cı ildə "Spartak" (Rusiya) ilə matçda 8 dəqiqə 30 saniyəyə iki qol vuran "İnter" in keçmiş oyunçusu Julio Cruza məxsus idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru