Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

15-02-2018, 08:28           

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.



Apasport.az saytının məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.



Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış “Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub.



Günün digər matçında “Porto” və “Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.



Çempionlar Liqası



1/8 final mərhələsi, ilk oyunlar



“Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1



Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33





"Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 0:5



Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru