Azərbaycanın qış Olimpiadasındakı yeganə idmançısı hara “itdi”?
18-02-2018, 16:35
Dağ xizəkçisi, Azərbaycanı bu günlərdə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı, əslən avstriyalı Patrik Braxner bu gün ilk startına çıxmayıb.
Virtualaz.org “azerisport”a istinadən xəbər verir ki, bu gün Pxençxanda kişilər arasında “grand-slalom” yarışları keçirilib. Təsnifat mərhələsində starta 110 idmançı çıxıb, lakin Braxnerin adı bunların arasında olmayıb.
Hələlik dağ xizəkçimizin starta niyə çıxmaması ilə bağlı rəsmi məlumat yoxdur.
Bundan sonra Braxnerin Olimpiadada çıxış etmək üçün daha bir şansı qalır. Növbəti yarışın təsnifat mərhələsi fevralın 22-də keçiriləcək.