David Astorinin ölüm səbəbi açıqlandı

5-03-2018, 00:13           

İtaliya millisinin üzvü, “Fiorentina”nın kapitanı David Astorinin ölüm səbəbii açıqlanıb. Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun ölümünə səbəb infarkt olub.

“Udineze” ilə matçdan öncə komandanın qaldığı “La di Moret” otelində meyiti tapılan Astorinin cəsədi məhkəmə-tibbi ekspertizasına aparılıb. Həkimlərin müayinəsindən sonra ölümün dəqiq səbəbi açıqlanacaq.

Qeyd edək ki, iki qız övladı olan David Astorinin ölümü səbəbindən İtaliya A Seriyasının bu gün keçirilməli olan oyunları təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru