Kikboksçumuz Hollandiyada kamerunlu rəqibinə qalib gəlib

5-03-2018, 00:33           
Kikboksçumuz Hollandiyada kamerunlu rəqibinə qalib gəlib
Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

İdmançımız “Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan “Glory51” turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. A.Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib.

Bu, Nəbiyevin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir. (AzərTAc)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru