Benzema Çempionlar Liqasında 100-cu oyununu keçirib

7-03-2018, 08:49           
Benzema Çempionlar Liqasında 100-cu oyununu keçirib
"Real Madrid" klubunun fransalı forvardı Kərim Benzema Çempionlar Liqasında 100-cü yubiley matçını keçirib.

“Report” xəbər verir ki, bu, turnirin 1/8 finalı çəriçvəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasında qeydə alınıb.

Komandanın start heyətində meydana çıxan 30 yaşlı futbolçu bu günə qədər turnirdə keçirdiyi 99 oyuna 53 qol var.

Benzema qitənin ən nüfuzlu klub turnirində 100 oyun keçirən 34-cü futbolçu və 3-cü fransalı oyunçu olub. Turnirdə keçirdiyi matçların sayına görə (150) "Real"ın keçmiş, "Portu"nun isə hazırkı qapıçısı İker Kasilyas liderdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.