Aleksandr Qrişuk: "İddiaçılar turnirində ən uyğun rəqib Şəhriyar Məmmədyarovdur"

8-03-2018, 09:10           
Aleksandr Qrişuk: "İddiaçılar turnirində ən uyğun rəqib Şəhriyar Məmmədyarovdur"
Berlində keçiriləcək İddiaçılar turnirində mənim üçün ən uyğun rəqib FİDE reytinqinin ikincisi Şəhriyar Məmmədyarovdur.

“Report” xəbər verir ki, bunu martın 10-da keçiriləcək turniröncəsi "İzvestiya" nəşrinə müsahibəsində rusiyalı şahmatçı Aleksandr Qrişuk deyib.

O, "İddiaçılar turnirində sizin üçün ən uyğun rəqib kimdir?" sualına belə cavab verib:

"Yəqin ki, FİDE reytinqində ikinci olan Şəhriyar Məmmədyarov. Mənim Azərbaycandan olan qrossmeysterlə keçirilən qarşılaşmalarda müsbət statistikam var".

Martın 28-dək davam edəcək İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov və yarışa "wild card"la qatılan Vladimir Kramnikdən əlavə, rusiyalı Sergey Karyakin və Aleksandr Qrişuk, ABŞ təmsilçiləri Fabiano Karuana və Uesli So, erməni Levon Aronyan və çinli Din Lijen bir-biriləri ilə 2 dövrəlik mübarizə aparacaqlar. Qalib şahmatçı dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi, norveçli Maqnus Karlsenlə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.