Türkiyə I Liqasının oyunu yarımçıq dayandırılıb

9-03-2018, 11:58           
Türkiyə I Liqasının oyunu yarımçıq dayandırılıb
Futbol üzrə Türkiyə I Liqasında XXVI turun "Ankaragücü" - "Adanaspor" matçı yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, buna elektrik enerjisinin kəsilməsi səbəb olub. Ankarada "19 may stadionu"ndakı qarşılaşmanın 10-cu dəqiqəsində şəhər şəbəkəsindən gələn elektirk enerjisi kəsildiyi üçün oyunda 10 dəqiqəlik fasilə yaranıb.

Generatorun işə düşməsindən sonra davam edən görüşün 33-cü dəqiqəsində Yusif Abdioğlu "Ankaragücü"nü hesabda önə keçirib. Lakin 40-cı dəqiqədə generatorda da problem yarandığı üçün matç təkrar dayanıb və baş hakim Bülent Birincioğlu komandaları paltardəyişmə otağına göndərib.

Qaydalara əsasən, problem 20 dəqiqə ərzində aradan qaldırılmadığı üçün oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 15:30-dan etibarən qaldığı yerdən davam etdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru