“Barselona”da Messi qorxusu: komandadan gedə bilər

9-03-2018, 16:32           

Ötən yay 222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ “Barselona”nı qorxuya salıb. Braziliyalı futbolçuya qədər dünyanın ən bahalı transferi Paul Poqba idi ki, fransalı ulduz “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avroya keçmişdi.

“Barselona” ötən ilin sonlarında yeni müqavilə imzaladığı Lionel Messiyə görə narahatdı. Argentinalının müqaviləsindəki sərbəst qalma maddəsi 700 milyon avrodu. Amma bu klub rəhbərliyini narahat edir.

Fanat.Az xəbər verir ki, “Barselona”nın maliyyə direktoru Panço Şkroder “Sky Sports”a açıqlamasında narahat olduqlarını etiraf edib: “Müəyyənləşdirdiyimiz sərbəst qalma qiyməti bizim fikrimizcə, Messinin karyerasını “Barselona”da bitirməsi üçün yetərli olacaq. Amma bir il öncə Neymarla bağlı da eyni şeyi düşünürdük və yetərli olmadı. Messi üçün 700 milyon avronun ödənilməsi çətin görünür, amma bu sektorda işlər bir günün içində dəyinə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru