“Real”dan fantastik transfer təklifi – 400 milyon avro

9-03-2018, 21:45           

Çempionlar Liqasının 1/8 finalında PSJ-ni mübarizədən kənarlaşdıran “Real” bu komandanın futbolçusu Neymardan əl çəkmir. Fanat.Az AS qəzetinə xəbər verir ki, “Kral Klubu” braziliyalı ulduzun transferi ilə bağlı danışıqları davam etdirir.

Qəzet iddia edir ki, “Real” PSJ-yə 400 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Klub rəhbərliyi bu arada futbolçunun atası və iki vəkili ilə Parisdə görüşərək müzakirələr aparaıb.

Qeyd edək ki, PSJ Neymarı ötən yay “Barselona”dan 222 milyon avroya transfer edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru