“Barselona” səfərdə "Malaqa" üzərində 0:2 hesablı qələbə qazanıb

11-03-2018, 11:05           

İspaniya “La Liqa”sının 28-ci turu çərçivəsində “Barselona” səfərdə “Malaqa” ilə qarşılaşıb.

Trend-in məlumatına görə, oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 15-ci və 28-ci dəqiqələrdə Luis Suarez və Filipe Koutinyo vurublar.

28 turdan sonra “Barselona” 72 xalla turnir cədvəlinə liderlik etməkdə davam edir, “Malaqa” isə 13 xalla sonuncudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.