Şəhriyar Məmmədyarov FİDE reytinqindəki mövqeyini qoruyub

31-03-2018, 20:22           

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin aprel ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

“Report“un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla ikinci pillədəki mövqeyini qoruyub.

33 yaşlı şahmatçı birinci pillədə qərarlaşan Maqnus Karlsendən 29 xal geri qalır. İddiaçılar Turnirinin qalibi amerikalı Fabiano Karuana isə 3-cü yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə isə Teymur Rəcəbov 18-ci, Rauf Məmmədov 38-ci və Arkadi Naydiç 44-cüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru