Kamerunlu futbolçu Samuel Eto`O “Qətər SK”-da karyerasını davam etdirəcək. Trend-in məlumatına görə, 37 yaşlı futbolçunu bu gün mətbuat konfransında ictimaiyyətə təqdim edəcəklər.
Eto`O karyerası ərzində 13-cü komandada forma geyinib. Xatırladaq ki, kamerunlu hücumçunun sonuncu klubu Türkiyənin “Antalyaspor” komandası idi.