Çində nərə balıqlarının kütləvi qırılması səbəbindən körpünün tikintisi dayandırılıb
23-11-2018, 08:04
Çinin mərkəzi Hubey əyalətinin Szinçjou yaşayış məntəqəsində körpünün tikintisi yaxınlıqdakı balıq təsərrüfatında təxminən 6 min nərə balığının ölümü ilə əlaqədar dayandırılıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinə istinadən "China Daily" qəzeti yazıb.