Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

18-02-2020, 02:59           
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
Rusiyanın Volqoqrad vilayətinin Staropoltavski rayonu ərazisindın keçən magistral yolda yanacaq daşıyan “KaMAZ” markalı avtomobillə “” minik avtomobili ilə “Hyundai Accent” markalı minik maşını toqquşub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 5 nəfər ölüb.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin yaydığı məlumatda bildirilir ki, “Hyundai Accent” qarşıdakı zolağa çıxaraq hərəkətdə olan “Kamaz”a çırpılıb.

Qəza nəticəsində sürücü və dörd sərnişin hadisə yerində dünyasını dəyişib.

Polis və Fövqəladə Hallar Nazirliyi hadisə yerinə cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru