Şamaxıda yenə zəlzələ oldu

19-02-2020, 00:00           
Şamaxıda yenə zəlzələ oldu
Şamaxı rayonunda daha bir zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) "ENA"ya verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl fevralın 16-da Şamaxı və Lənkəran Lerik sərhəddində zəlzələ qeydə alınmışdı. RSXM-nin yaydığı məlumatda bildirilib ki, hər iki təkanda dərinlik Yer səthinə yaxın olub. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhəddində 10 kilometr olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru